Bakıda moped ağaca çırpılıb: Bir ölü, bir yaralı
06
iyl
2020
20:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisində Göyçay rayon sakini İbrahim Cəfərov idarə etdiyi mopedi ağaca vurub və idarəetməni itirdiyindən moped yolu keçən Abşeron rayon sakini E.Əsəgərova dəyib. Nəticədə sürücü hadisə yerində ölüb, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...