Şəmkirdəki yük maşınına yazılan səhv cərimə ləğv edildi - RƏSMİ AÇIQLAMA
Şəmkirdə yük maşını sürücüsünə yazılan səhv cərimə ləğv edilib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə bildirib:
"Sözü gedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və video qeydiyyat funksiyası malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ tərəfimizdən araşdırılaraq texniki xəta aradan qaldırılıb".
***16:15
Şəmkirdə yük maşını sürücüsünün başına iş gəlib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, "99 LN 633" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin Bakı şəhərində qeydə alınmış cəriməsi, Şəmkirdə yaşayan "99 LN 933" nömrəli yük avtomobilinin sürücüsünə gəlib.
Çaş-baş qalan sürücü cəriməsinin silinməsini tələb edir.
Həmin kadrları təqdim edirik:
Oxşar xəbərlər
Bakıda tələbə universitetdə yıxıldı - Xəstəxanalıq oldu
15.12.2025-ci il tarixində saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılma...