Bakıda minaatan mərmisi aşkar olunub

Bakıda minaatan mərmisi aşkar olunub
Hadisə 206

Bu gün saat 12:44-də ANAMA-ya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində qazıntı işləri aparılarkən 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə ANAMA-dan məlumat verilib.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. ANAMA-nın mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək qurumun mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərminin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda top mərmisi tapılıb - FOTO

Bakıda top mərmisi tapılıb - FOTO

Dekabr 24-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabun...

348 Hadisə 20:50 24 dekabr 2019

Son xəbərlər