Bakıda Mikayıl Müşfiqin abidəsini niyə götürdülər? - VİDEO

02
okt
2019
15:15
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsinın dağıdılması ilə bağlı video yayılıb.BAKU.WS xəbər verir ki, videoda şairin abidəsini ekskavator vurub yerə atdığı görünür.Yayılan video ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, əslində həmin ərazidə abadlıq işləri aparılır. Yenilənmə işlərinə şairə yeni heykəlin qurulması da daxildir.Bu səbəbdən də, köhnə və yararsız halda olan heykəl ərazidən götürülməliydi. Videodan göründüyü kimi həmin mənzərə alınıb.Məsələ ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsini başqa formada götürmək mümkün olmayıb.“Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”, - deyə qurum rəsmis bildirib.Ziya SƏCCAD
Oxşar xəbərlər
Səhiyyə Nazirliyindən Mikayıl Müşfiqin qalıqları haqda AÇIQLAMA
“Mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Aparılan işlər hələ başa çatmayıb. Aparılacaq müayinə...
