Bakıda metroda bir nəfər özünü qatarın altına atıb

Bakıda metroda bir nəfər özünü qatarın altına atıb
Hadisə 748

Metronun "Nərimanov" stansiyasında bir nəfər özünü qatarın altına atıb.

"Bakı Metropoliteni"ndən BAKU.WS-ə verilən xəbərə görə, maşinist cəld tərpənərək qatarı saxlaya bilib.

Dərhal gərginlik xətdən ayrılıb.

Özünü qatarın altına atan 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğlu yüngül xəsarət alıb.

Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.

Hazırda polis gəncin özünü qatarın altına atması səbəbini aydınlaşdırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər