Bakıda metro yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda metro yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə 1243

Bakı şəhərinin Nərimanov rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***12:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Ulduz" metrostansiyasına yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə məişət tullantıları və quru ot yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər