Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı - VİDEO
17
fev
2021
10:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.
Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Müsavat Partiyasının binasından oğurluq edən şəxs saxlanılıb
Müsavat Partiyasının qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib. BAKU.WS Bakı...