Bakıda məşhur gecə klubunda dava düşdü - FOTO/VİDEO - YENİLƏNİB
Daxili İşlər Nazirliyi (DİN) Bakıda ərəb turistlərin kütləvi davası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, paytaxtın Nizami rayonunda gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Hadisə ilə bağlı qeyd edək ki, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan olan Nizami Rayon Polis İdarəsinin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar", - məlumatda qeyd edilib.
***10:21
Bakının Nizami rayonunda kütləvi dava düşüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə dünən gecə saat 12 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "X-Life" gecə klubunun yaxınlığında baş verib.
Ərazidə yaşayan sakinlərin dediklərinə görə, əraziyə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb.
Oxşar xəbərlər
DİN Fuad Qəhrəmanlı ilə bağlı iddialara münasibət bildirdi
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə AXCP funksioneri Fuad Qəhrəmanlı və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bil...