Məşhur dönərxanada baş verən yanğın söndürüldü - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda dönərxanada yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın saat 14:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***14:23
Bakının Nərimanov rayonunda yerləşən “Köz dönər”də yanğın qeydə alınıb.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Şahidlərin dediyinə görə, ətrafa tüstü yayılıb.
FHN-in yanğınsöndürmə qüvvələri əraziyə cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda 16 mərtəbəli binadakı yanğınla bağlı rəsmi açıqlama - YENİLƏNİB - VİDEO
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xi...