Bakıda məşhur aktyorun maşını qarət olundu - VİDEO
17
mar
2020
14:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist, tanınmış teatr və kino aktyoru, aparıcı Elnur Kərimovun maşınını yararsız hala salıblar.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
E.Kərimov bildirib ki, səhər saatlarında oğlunu həkimə aparmaq istəyərkən maşınının sol arxa şüşəsinin sındırıldığını görüb.
Naməlum şəxs və ya şəxslər maşının elektrik sistemini yararsız hala salıb.
E.Kərimov dərhal “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat verib.
Hazırda maşına ziyan vuran şəxs və ya şəxslərin axtarışı aparılır.
Oxşar xəbərlər
Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə
Lənkəran şəhərində intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Elnur Həbibzadənin cinayət işi üzrə məhkəmə prosesi başa ça...