Bakıda Mirtağı məscidində baş verən yanğın söndürülüb
Paytaxtın Köhnə Günəşli qəsəbəsi ərazisində yerləşən Mirtağı məscidində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat verilib.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub", - deyə məlumatda qeyd olunub.
***22:15
Bakının Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən Səməd bəy Mehmandarov küçəsindəki Mirtağı məscidində yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
***22:11
Bakıda məsciddə yanğın başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Köhnə Günəşli qəsəbəsinin ərazisində yerləşən Mirtağı məscidində qeydə alınıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfər batıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqəda...