Bakıda mənzildə meyit aşkarlanıb

24
may
2022
13:45
Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda 36 yaşlı şəxsin meyiti tapıldı
Bakıda mənzildə 36 yaşlı şəxsin meyiti tapılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. FHN-in "112" qaynar...
