Bakıda məktəbliləri hədəf seçən şəxs saxlanıldı – FOTO
29
apr
2019
14:20
Yasamal rayonunda məktəblilərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Yasamal rayonu ərazisində məktəbliyə qarşı soyğunçuluq edilib.Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra oğluna naməlum şəxsin yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib.Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov.
Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha 3 məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.Faktla bağlı 29-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur.Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 29-cu PŞ-nə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Bakıda qadınları qarət edən bu şəxsi tanıyanlar polisə müraciət etsin
Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Yasam...