Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılar

Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılar
Hadisə 278

Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub.

N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.

O, xəstəxanaya aparılıb və qolu gipsə salınıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər