207 nömrəli məktəbdə İNSİDENT - Şagirdlər mühafizəçiyə BIÇAQ ÇƏKİBLƏR?

207 nömrəli məktəbdə İNSİDENT - Şagirdlər mühafizəçiyə BIÇAQ ÇƏKİBLƏR?
Hadisə 270

Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə yaranan xoşagəlməz hadisə ilə bağlı sözügedən təhsil ocağı məlumat yayıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, iyunun 6-da 207 nömrəli tam orta məktəbin XI sinif şagirdləri məktəb rəhbərliyinin razılığı və rəqs müəllimlərinin iştirakı ilə təhsil müəssisəsinin həyətyanı sahəsində "Son zəng" tədbirinə hazırlıq məşqlərini edərkən gözətçi uşaqların məşqinə mane olub.

"Buna görə, şagirdlər ona öz iradlarını bildirib, nəticədə kiçik mübahisə yaranıb. Şagirdlər tərəfindən gözətçiyə qarşı heç bir təzyiq göstərilməyib. Məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlər, valideynlər və sinif rəhbərləri ilə görüş keçiriləcək, müvafiq söhbət aparılacaq, nəzarət tədbirləri gücləndiriləcək", - deyə məlumatda qeyd olunub.

*** 15:39

Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. 

BAKU.WS news24.az-a istinadən xəbər verir ki, hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, məktəbin 11-ci sinif şagirdləri "Son zəng" günü münasibətilə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin məktəbin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib.

Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Hadisənin gedişində şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur. 

Qeyd edək ki, ötən ay sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

İddialara görə səs yazısında direktor "Son zəng" üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini deyib.

Daha sonra direktor vəzifəsindən azad edilib.

Son xəbərlər