Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı: Polis hərəkətə keçdi
Bakıda 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a İdarədən bildirilib.
Bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir:
"Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır".
Həmçinin DİN-in mətbuat xidmətindən verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.
*** 16:37
Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan qız bıçaqlanıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.
Tənəffüs vaxtı 5 "q" sinfinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.
Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.
Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.
Oxşar xəbərlər
Qardaşı ilə mübahisə etdi, atasını güllələyib öldürdü - Biləsuvarda dəhşətli qətl
Lənkəran Ağır Cinayətlər Məhkəməsində atasının qətlində təqsirləndirilən 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAK...