Bakıda məhkuma aid silah-sursat aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Ədliyyə Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov AKMS" markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...