Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
![Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb](https://baku.ws/storage/photos/uploads/thumbs/large/vkBJBffDGuorLD8frK0shmKx30cSUCKqinfXWqLT.webp)
Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar.
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar.
Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏR
2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olub. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Mə...
![](/images/banners/placeholder_home_right_az.jpg)