Bakıda maşının vurduğu skuter sürən xanımın son vəziyyəti AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gecə Bakı şəhərində skuter sürən xanımı maşın vurub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
"Bakıda Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı bir nəfər qapalı kəllə-beyin travması alıb".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23 oktyabr, saat 21:30-da Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan şəxs (qadın cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...