Bakıda maşın belə yandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda maşın yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirlib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakl şəhəri, Yasamal rayonu ərazisində avtomobil yanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində, "KİA Optima" markalı avromobildə baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qısa müddətdə söndürülüb. Avromobilin ön hissəsi yanıb, qalan hissələri yanğından mühafizə olunub.
***21:57
Bakının Yasamal rayonunda maşın yanıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, Yeni Yasamalda, Dadaş Bünyadzadə küçəsində minik maşını qəfil odlanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən xidməti cəlb dilib. Alovun qarşısı alınıb və yanğın söndürülüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...