Bakıda maşın dərəyə aşdı, sürücü öldü - FOTO

24
fev
2021
11:56
Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, qəza paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı Dairəvi Yolunda “NAZ Lifan” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın dərəyə aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Orxan Zahir oğlu Hacıyev hadisə yerində ölüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedicilər, yol polisləri cəlb olunub. Maşının sürücüsünün meyidi deformasiyaya uğrayan maşından çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Evlənmək istədiyi qızı dostları ilə qaçırıb zorladı — Balakəndə ŞOK HADİSƏ
Qız qaçırmaqda və zorlamada təqsirli bilinən Balakən rayon sakinləri – 1988-ci il təvəllüdlü Rahib Dibirov, 1995-ci il təvəllüdlü Elşən Hacıyev, 1993-cü il təvə...
