Bakıda marketin qarşısında gənci döyüb öldürənlərə HÖKM OXUNDU

Bakıda marketin qarşısında gənci döyüb öldürənlərə HÖKM OXUNDU
Hadisə 112

Bakı Ağır Cinayətlər Məhkəməsi Sabunçu rayonunda supermarket qarşısında baş vermiş qətl hadisəsi ilə bağlı hökm çıxarıb. Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşya ilə xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

BAKU.WS-in məlumatına görə, hadisə 2024-cü il martın 10-da Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "SPAR" supermarketinin qarşısında baş verib.

Musa Əliyev (ad və soyad şərtidir) yanvar ayında zərərçəkmiş Səbuhi ilə narkotik vasitələrin təbliğatı səbəbindən mübahisə edib və yüngül xəsarət alıb. Qisas almaq niyyəti ilə bıçaq daşıyaraq dostları Akif (1981-ci il təvəllüdlü) və Vüqarla (1981-ci il təvəllüdlü) ilə marketə gedərkən zərərçəkmişi görüblər.

Musa Əliyev bıçağı çıxarıb nümayiş etdirərək zərərçəkmişi təqib edib. Vüqar zərərçəkmişin marketə daxil olmasına mane olaraq qarşısına çıxıb və yüngül xəsarət yetirib. Musa və Akif zərərçəkmişi yerə yıxıb, bıçaqla döş qəfəsinə çoxsaylı zərbələr (ürək və ağciyərə nüfuz edən yaralar) vurub,

Akif isə taxta yeşiklə və təpiklərlə döyüb. Nəticədə zərərçəkmiş yerindəcə dünyasını dəyişib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər günahlarını qismən etiraf ediblər, lakin qətl niyyətini inkar ediblər. Şahidlərin ifadələri, video qeydlər və ekspertiza nəticələri (meyitdə ən azı 7 ağır yara) hadisəni təsdiqləyib. Zərərçəkmişin ailəsi barışıq əldə etməyib və ağır cəza tələb edib.

Məhkəmə Musa Əliyevi Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə 17 il, 221.3-cü maddəsi ilə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Qismən toplama yolu ilə qəti cəza 18 il müəyyən olunub. Akifə 120.2.1-ci maddə ilə 15 il 6 ay, 221.3-cü maddə ilə 2 il 6 ay, toplam 16 il 6 ay cəza verilib. Hər ikisi ciddi rejimli müəssisədə cəza çəkəcək, müddət 11 mart 2024-cü ildən hesablanır. Təqsirləndirilən Vüqar 221.2.1-ci maddə ilə 2 il azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Son xəbərlər