Bakıda magistral yolda TƏHLÜKƏLİ ANLAR - Hərəkətdə olan maşının təkəri çıxdı
24
iyn
2025
09:21
Bakıda magistral yolda təhlükəli anlar yaşanıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, aerport yolunda bu gün səhər saatlarında hərəkət edən yük maşınının təkəri çıxıb. Kadrlardan da görünür ki, təkər hərəkət edən digər maşınların arası ilə onlara toxunmadan keçir.
Şahidinin sözlərinə görə, xoşbəxtlikdən hadisə ağır fəsadlarla nəticələnməyib. Təkəri çıxmış yük maşını isə yolun sağ tərəfinə keçərək dayanıb.
Hadisə anına dair kadrları təqdim edirik:
Oxşar xəbərlər
Füzuli istiqamətində ən ağır döyüşlər: Müharibənin bilinməyən həqiqətləri
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı 8 Noyabr - Zəfər Gününə həsr olunub. Proqramda İkinci Qarabağ müharibəsində könüllü surətdə hərbi aşpaz kimi i...