Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində - Dənizkənarı magistral yolda baş verib.
Gənc oğlan tamamilə lüt vəziyyətdə qeyri-etik hərəkətlər edərək vətəndaşların narahatlığına səbəb olduğuna görə saxlanılıb.
Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə aparılan şəxsin Salyan rayon sakini olan və paytaxtın Binəqədi rayonunda yaşayan 1997-ci il təvəllüdlü S.Səlimov (şərti) olması müəyyən edilib.
Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən onun narkotik vasitə qəbul etməsi məlum olub.
Saxlanılan şəxs uzun müddətdir restoranda aşpaz işlədiyini, hadisədən əvvəl istirahət mərkəzində kokteyl içdiyini və bundan sonra özünə nəzarəti itirdiyini deyib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə protokol tərtib edilən gənc Sabunçu Rayon Məhkəməsinə aparılıb. O, 300 manat cərimə edilərək sərbəst buraxılıb.
Oxşar xəbərlər
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Əmrah Ramazan Valeh oğ...