Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb
Hadisə 345

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb.

BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan ümumilikdə 300 manat pul, 600 manat dəyərində kosmetik əşyalar və 4000 manat dəyərində spirtli içki, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər