Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub VİDEO/YENİLƏNİB-2

Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub VİDEO/YENİLƏNİB-2
Video
Hadisə 1317

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir".

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.

***10.36

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Qeyd olunub ki, hazırda araşdırma davam etdirilir.

***09:20

Bakıda loqopedik mərkəzdə uşaqlara şiddət göstərilir.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, video Neftçilər metro stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik mərkəzində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ artıq nəzarətə götürülüb. Müvafiq araşdırma aparılır.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər