Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən manyakın FOTOSU
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb.
Oxu.Az xəbər verir ki, əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq R.Məmmədov həbs edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Şübhəli şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir
Ceyranbatanda 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparılır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bil...