Bakıda "Lada" yol kənarına aşdı – 1 ailənin 5 üzvü xəstəxanalıq oldu

Bakıda Lada yol kənarına aşdı – 1 ailənin 5 üzvü xəstəxanalıq oldu
Hadisə 331
Bakıda avtomobilin aşması ilə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Ələt istiqamətində hərəkət edən "Lada" markalı minik avtomobili idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.Nəticədə avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.Mərkəzdən verilən məlumata görə, xəstələrdən üçünün vəziyyəti yaxşı olduğundan onlar ambulator müalicəyə göndəriliblər.Digər iki nəfər 1985-ci il təvəllüdlü Məmmədova Nəzakət Hülüxan qızı boyun fəqərəsinin çıxığı və sınığı, 2013-cü il təvəllüdlü Məmmədov Məhəmməd Kənan oğlu isə döş qəfəsinin arxa hissəsinin kesilmiş, deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər