Bakıda kütləvi dava: Bir nəfər metronun qarşısında bıçaqlandı

17
iyl
2023
08:01
Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə metronun Xalqlar Dostluğu stansiyasının qarşısında qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Həsənov Mirhakim Akif oğlu tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı Həsənov iki bıçaq xəsarəti alıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Oxşar xəbərlər
Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi - Bakıda ŞOK OLAY
Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Yasama...
