Bakıda külli miqdarda aksizsiz siqaretlər aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonunda yerləşən mağazaların birində qanunvericiliyin tələbinə əsasən aksiz markası ilə markalanmamış tütün məmulatlarının (siqaretlərin) satışının həyata keçirilməsi müəyyən olunub və baxış zamanı mağazanın anbarından külli miqdarda - 179 adda 9989 qutu aksizsiz siqaretlər aşkar edilib.
Bu barədə BAKU.WS-ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Aksiz markasız külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb - FOTO
Dövlət Gömrük Komitəsi (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycan Respublikasının vətəndaşın...