Bakıda küçədə 5 yaşlı uşaq tapılıb

Bakıda küçədə 5 yaşlı uşaq tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə noyabrın 21-i axşam saatlarında Xətai rayonu, NZS qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına 5 yaşlı uşağın küçədə qalması barədə məlumat daxil olub. Daha sonra uşağın yeri müəyyən edilib və o, sığınacağa aparılıb.
Uşaq adının Arif olduğunu deyir. Polis əməkdaşları isə onun diləndirildiyini güman edirlər.
Hazırda Xətai RPİ-də uşağın yaxınlarının tapılması istiqamətində araşdırmalar aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...
