Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 55 ünvanında yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 55 ünvanında yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarındakı yanğın təhlükəli mallar daşınıb kənarlaşdırılmaqla binanın təhlükəsizliyi təmin edilib və yol verilmiş nöqsanlara görə obyektin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunaraq bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib. Məl...