Bakıda kollecin ərazisində yanğın olub - VİDEO

Bakıda kollecin ərazisində yanğın olub - VİDEO
Video
Hadisə 46

Bakıda, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft-Energetika Kollecində yanğın olduğu bildirilir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətindən fakt təsdiqlənib.

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin həyətində 300 kvadratmetr sahədə quru ot sahəsi yanıb. Yanğın FHN qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.

Son xəbərlər