Bakıda 26 yaşlı gənc qətlə yetirilib - YENİLƏNİB

Bakıda 26 yaşlı gənc qətlə yetirilib - YENİLƏNİB
Hadisə 116

Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***10:49

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsində bir nəfər ölüb.

“Report”un məlumatına görə, rayonun Bakıxanov qəsəbəsində dava zamanı Səbuhi Əhmədov bıçaqlanaraq qətlə yetirilib.

Qeyd edək ki, 25 yaşlı kişiyə ürək və kürək nahiyəsindən bıçaq zərbəsi vurulub.

Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər