Bakıda kişi sevgilisini bıçaqlayıb

Bakıda kişi sevgilisini bıçaqlayıb
Hadisə 103

Bakının Sabunçu rayonunda qadın bıçaqlanıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Şamil Kamilov küçəsində 1984-cü il təvəllüdlü Əliyeva Vüsalə Əliqulu qızı sevgilisi ilə mübahisə edib.

Mübahisə zamanı kişi onun bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı kliniki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər