Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO
Video
Hadisə 2384

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub.

Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb.

Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb.

“Gördüm ki, yoldaşı ilə dalaşır. Məndən bir litrlik qab istədi, dedi ki, gedib benzin alacağam. Əmin oldum ki, özünü yandıracaq”.

Ətraflı Baku TV-nin süjetində:

***12:09

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.

Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib.

Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə həmin şəxsin sevdiyi xanım o ünvanda yaşayır və özünü ona görə yandırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər