Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb mağazaya çırpdı - FOTO/VİDEO - YENİLƏNİB

Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb mağazaya çırpdı - FOTO/VİDEO - YENİLƏNİB
Foto
Hadisə 6

Bakıda "Memar Əcəmi" stansiyası yaxınlığında “Hyundai” markalı avtomobil mobil aksesuarlar dükanına çırpılıb.

Hadisənin görüntüləri BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Görüntüləri olduğu kimi təqdim edirik:

***08:23

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsi 5 ünvanında baş verib.

Belə ki, Guşbər Feyziyeva metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib.

Mübahisə zamanı Ceyhun Guşbərə məxsus “Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib.

Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb.

Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb.

Qadın polisə müraciət edib.

Əraziyə yanacaq dağıldığlna görə FHN-in DYMX-nin əməkdaşları o cümlədən polislər cəlb edilib.

Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər