Bakıda kişi bacısına sataşan şəxs tərəfindən bıçaqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 94 ünvanının yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini Məmmədtağı Mətləb oğlu Mayılov bacısı Aidə Mayılovanı narahat etməsi səbəbindən istintaqa məlum olmayan şəxslə aralarında yaranmış münaqişə zamanı həmin şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Aparılmış ilkin istintaqla qeyd olunan hadisənin törədilməsində şübhəli bilinən şəxsin 1973-cü il təvəllüdlü, Balaoğlan Ələmdar oğlu Sadıqov olması müəyyən edilib.
Həmin şəxsin tapılması və istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda biznesmeni maşınında GÜLLƏLƏDİ: Rəşad Dağlının dostunun CİNAYƏT İŞİ
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib. Faktla bağlı Yasamal rayon prokuror...