Bakıda kişi 36 min dollar oğurlayarkən ayağını sındırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda xəstəxanaya müraciət edən şəxsin cinayəti üzə çıxıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Hacıyev Alqayıt Gülağa oğlu bir neçə gün əvvəl Nəsimi rayonunda avtomobildən 36 min ABŞ dolları oğurlayıb.
O, hadisə yerini tərk edən zamanı ehtiyatsızlıqdan yıxılaraq ayağını sındırıb.
A.Hacıyev səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya müraciət edib.
Onun özünü şübhəli aparması polis əməkdaşlarının diqqətini cəlb edib.
Daha sonra A.Hacıyev polis tərəfindən saxlanılıb. Bu zaman o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...