Bakıda keçiddən istifadə etməyən piyadanı avtomobil vurdu - ANBAAN VİDEO

Yolun hər iki tərəfində piyada keçidi olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyadanı avtomobil vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Səbail rayonu, Bülbül prospektində, “Sahil” metro stansiyasının yaxınlığında baş verib.
"Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər. Nəticədə də həyatlarını təhlükəyə atırlar", - qurumdan bildirilib.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
