Bakıda kafedən oğurluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda kafedən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, aprelin 11-də paytaxtın Səbail rayonu ərazisində yerləşən kafelərin birindən içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə rayon polis idarəsinin 39-cu Polis Bölməsinə məlumat daxil olub.
Bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş Mahir Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Rəşid Behbudovdan yadigar qalan bahalı brilyantlar oğurlandı - TƏFƏRRÜAT + FOTO
Space TV-nin keçmiş rəhbəri, dahi musiqiçi Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Kam...