Bakıda restoranda baş verən yanğının səbəbi araşdırılır - YENİLƏNİB + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda restoranda yanğın olub, təndirxananın bir qismi yanıb.
Bu barədə “Report”un hadisə yerində olan əməkdaşına açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yasamal rayon yanğından mühafizə hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov məlumat verib.
Onun sözlərinə görə, Məhəmməd Xiyabani küçəsində yerləşən “Qaymaq” restoranında 09:06 radələrində yanğın olması barədə məlumat daxil olub: “Əraziyə 5 avtomobil cəlb olunub. Ehtimal olunur ki, yanğın ikimərtəbəli restoranın ikinci mərtəbəsində başlayıb. Ümumilikdə 60 kvadratmetr sahə yanıb. Eyni zamanda birinci mərtəbədə olan təndirxananın bir qismi yanıb. Yanğının səbəbi araşdırılır”.
***09.55
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb.
***09.38
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə qurumdan bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...