Bakıda jurnalisti piyada keçidinin üstündə avtomobil vurdu
23
noy
2024
12:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı jurnalist Elçin Cəfərovu avtomobil vurub.
BAKU.WS xəbər verir ki, bu barədə idman şərhçisi Pərviz Musayev sosial şəbəkə hesabında yazıb. Bədbəxt hadisə paytaxtın piyada keçidlərindən birində yaşanıb.
Belə ki, ötən gün axşam verilişdən çıxıb evə gedərkən jurnalisti naməlum sürücü işıqforun qırmızı işığında, piyada keçidinin üstündə vurub.
O təcili olaraq xəstəxanaya yerləşdirlib.
Elçin Cəfərov hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alsa da hazırda onun həyati təhlükəsi yoxdur.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...