Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən yeniyetmə tapılıb.
DiN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.
***09:52
İtkin düşən gənc oğlan axtarılır.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.
Evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub. Boyu təxminən 160-165 sm, sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var.
"Şəkildə gördüyünüz yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - mətbuat xidmətindən bildirilib.
Oxşar xəbərlər
Bakıda polis 12 yaşlı bu qızı axtarır - FOTO
Bakıda yaşayan 12 yaşlı qız itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Paytaxtın Nizami rayonu ərazisində yaşaya...
