Bakıda itkin düşən ana və yeddi yaşlı qız tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən ana və yeddi yaşlı qız tapıldı - YENİLƏNİB
Hadisə 156

Bakının Xətai rayonunda iyulun 24-də itkin düşən Vüsalə Zeynalova və yeddi yaşlı qızı Xədicə Zeynalova tapılıb.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən məlumat verilib.

Onların hansı ərazidə tapılması və itkin düşmə səbəbləri isə açıqlanmayıb.

*** 09:17

Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, 1990-cı təvəllüdlü Vüsalə Zeynalova qızı, 2015-ci il təvəllüdlü Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində aradşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər