Bakıda işıqforun qırmızı işığından keçən motosiklet qəza yaratdı - ANBAAN VİDEO

Motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçib yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Müşahidə kamerasının qeydə aldığı bu qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində olub.
Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır.
Oxşar xəbərlər
Ağdam və Xocavənddəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...