Bakıda işləməyən işıqfor ard-arda qəzalara səbəb olur - FOTO

27
may
2024
16:23
Ötən gün səhər saatlarında Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə rayonun Süleyman Vəzirov kücəsi ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.
O da qeyd olunub ki, bu, sözügedən ərazidə baş verən ilk belə hal deyil. Səbəb isə yolda işıqforun işləməməsidir.
"2 aya yaxındır ərazidə işıqfor işləmir. Bu yaxınlarda avtobusun iştirakı ilə oxşar qəza baş vermişdi. Orada da səbəb işıqforun işləməməsi idi".
Hadisə yerindən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Paytaxtda sıxlıq müşahidə edilən yollar açıqlanıb - SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən BAKU.WS-ə bi...
