Bakıda xaos yaşanan yolda işıqforun işi bərpa edilib - YENİLƏNİB/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qeyd olunan ərazidə svetoforların işləməməsinə səbəb svetoforlarda yaranan problem deyil, sadəcə həmin ərazidə aidiyyəti dövlət qurumu tərəfindən verilən elektrik kəsintisidir.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov BAKU.WS-ə bildirib.
"Qısa müdddət ərzində problem həll edilib. Artıq əraziyə elektrik verilib və işıqforların fəaliyyəti bərpa olunub. Sürücülər rahat və təhlükəsiz şəkildə yollarına davam edirlər".
***13:37
Paytaxtın Yasamal rayonunda işıqforun işləməməsi səbəbilə yolda sıxlıq yaranıb.
BAKU.WS-in məlumatına görə, hadisə Şəfayət Mehtiyev küçəsi ilə Əbdürrəhim Bəy Haqverdiyev küçəsinin kəsişməsində qeydə alınıb.
Nəticədə yolda xaotik vəziyyət meydana gəlib. Eyni hal hazırda da davam edir.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...