Bakıda işıqfor dirəkləri OĞURLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Buzovna qəsəbəsində anbardan işıqfor dirəkləri oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində yerləşən “Avtopark” MMC-nin anbarından üç ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da məlum olub.
Oxşar xəbərlər
“Əmioğlu” ləqəbli kriminal avtoritetə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və digər ağır cinayətlərdə təqsirləndirilən 1970-ci il təvəllüdlü Eldar Cabbarovun cinayət işi üzrə məhkəmə pr...