Bakıda iş yoldaşının kartından onlayn yolla oğurluq edən şəxs saxlanılıb
25
yan
2026
13:40
Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1200 manat pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N. Ataşov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib.
Araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtda sürücü sükan arxasında ölüb
Sumqayıtda sürücü sükan arxasında ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı–Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hi...